Ağdam sakini yerlisini güllələdi
Şakir Əhmədovun pnevmatik tapançadan açdığı atəş nəticəsində döş qəfəsindən və ürək nahiyəsindən güllə yarası alan Bəxtiyar Rəhimov hadisə yerində dünyasını dəyişib.
Həmyerlilər arasında münaqişənin səbəbi hələlik məlum deyil. Hadisəni törədən Ş.Əhmədov qaçıb gizlənib. Onun tutularaq istintaqa təhvil verilməsi üçün hazırda Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdıma aparılır (APA).
Teqlər: