Birinci sinif şagirdi itkin düşdü

Yaxınlarının bildirdiyinə görə, Elsevəri hər gün məktəbə atası aparıb gətirib. Bu gün isə dərsdən çıxan Elsevər atasının gəlmədiyini görüb özü tək məktəbdən uzaqlaşıb.
Həmin vaxt onun yanında olan bacısı Bəsti Xəlilova bildirib ki, qardaşı evə gedəcəyini bildirib. Lakin, bir neçə dəqiqə sonra onu aparmağa gələn atası Elsevərin evə gəlmədiyini bildirib. Günorta saat 14.00 radələrində itkin düşən Elsevər Xəlilovun axtarışları davam edir.
Teqlər: