Metrodakı dəhşətli faciədən 20 il ötür
Hadisədən sonra araşdırılmalar aparıldı və hadisənin baş verməsinə səbəb kimi “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın mühərriklərindən birində yanğın baş verməsi göstərildi. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.
Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı.
Bu qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və “birincilik” Azərbaycana keçib.
AzVision.az