Bakıya gəlin aparmağa gələnlərə Xəbərdarlıq
Rayon maşınlarına paytaxta giriş məhdudiyyəti ailə quranların sevincinə mane olmayacaq. Gəlin maşınlarına məhdudiyyət tətbiq edilmir.
Ancaq toy karvanındakı digər avtomobillər şəhərə buraxılmayacaq.
DYP rəsmisi Kamran Əliyevin sözlərinə görə həmin avtomobillər xüsusi duracaqda saxlanılmalı, içindəkilər isə gəlinin götürüləcəyi yerə marşrut avtobusu ya da taksilərlə gedə bilər.
Rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 21:00-dək Bakıya buraxılmaması ilə bağlı qərar sentyabrın 15-dən qüvvədədir. Bu avtomobillərin saxlanması üçün paytaxtın cənub və şimal girişində duracaqlar tikilib. (xəzər tv)