Döyülən gəlin özünü öldürmək istədi

Döyülən gəlin özünü öldürmək istədi
  30 Oktyabr 2015    Oxunub:3437
Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
AzVision.az xəbər verir ki, APA-nın məlumatına görə, xəstəxanaya yerləşdirilən Qasımova Nərmin Allahverdi qızının zəhərlənmə ilə yanaşı, döyüldüyü də müəyyənləşib.

Atası Allahverdi Mustafayev bildirib ki, qızı 7 ildir, rayonun Hindarx qəsəbəsinə gəlin köçüb.

O, qızının dəfələrlə zorakılğa məruz qaldığını deyib:

“Bizim qızımızı döyüblər və o da zəhər içərək intihara cəhd edib”.

Faktla bağlı N. Qasımovanın valideynləri Ağcabədi rayon Polis Şöbəsinə müraciət ediblər, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti