Lənkəranda təbii fəlakət - İnsanlar köçürülür

Lənkəranda təbii fəlakət - İnsanlar köçürülür
  31 Oktyabr 2015    Oxunub:2935
Fövqəladə Hallar Nazirliyi Cənub bölgəsində güclü yağışların törətdiyi fəsadlar barədə növbəti məlumatı yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 29-dan Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.

Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları və Rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürülüb. Təxirəsalınmaz işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti