Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə - FOTO
Azərbaycan, Türkiyə, Almaniya, Böyük Britaniya, İspaniya və digər ölkələrin, eləcə də Avropa Şurasının nümayəndələrinin qatıldığı tədbirdə Münhen şəhərinin və Saksoniya federal torpağının Baş prokurorları mövzu ətrafında çıxış ediblər.
Tədbir iştirakçıları təmsil etdikləri ölkələrdə kibercinayətkarlıq, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiya hüquqpozmaları ilə bağlı istintaq edilən cinayət işləri üzrə məlumat verərək mövcud problemlər və onların həlli yolları müzakirə edilmişdir. Eyni zamanda mütəşəkkil cinayətkarlıqla, xüsusilə kibercinayətkarlıqla mübarizə zamanı müasir kompüter texnologiyalarından istifadə edilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini vəzifəsini icra edən Anar Məmmədov və Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elvin Mirzəyev təmsil ediblər.
Teqlər: