`Azadlığ`ın müxbirindən seçki təxribatı
Məlumatda vurğulanır ki, məntəqə sədrlərindən rüşvət tələb edən Təzəxan Mirələmli sabah keçiriləcək parlament seçkilərini mətbuatda işıqlandıracağını bildirib Rüşvət verməkdən imtina edən məntəqə sədrləri onu məntəqədən uzaqlaşdırıblar. Bunun cavabında Təzəxan Mirələmli bu gün çalışdığı qəzetin internet səhifəsində məntəqə sədrləri və üzvlərinin yerində olmaması ilə bağlı yazı dərc etdirib.
Lakin aldığımız məlumata görə, məntəqə sədri və üzvləri hazırda iş başındadır və demokratik şəkildə seçki prosesi davam edir. Məlumatda vurğulanır ki, adı hallanan müxbirin məhz 80 saylı İmişli-Beyləqan seçki dairəsini seçməsinin səbəbi bu dairədə yenidən namizədliyini irəli sürən və əhali tərəfindən yenidən səs veriləcəyi şansı yüksək olan Çingiz Qənizadəyə qarşı təxribat olub.
Məlumatda deyilir ki, Əli Kərimlinin nəzarətində olan qəzetin müxbirinin belə bir hərəkəti yalnız və yalnız təxribat xarakerlidir və bir başa qəzetin sahiblərindən aldığı təlimata uyğun olaraq Təzəxan Mirələmli də bu şəkildə xəbər hazırlayaraq yayımlayıb.