Bakıda intihara cəhd

Bakıda intihara cəhd
  02 Noyabr 2015    Oxunub:1380
Bakıda intihara cəhdin qarşısı alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda bir nəfərin beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri vətəndaşla psixoloji söhbət aparıb və onu fikrindən daşındıraraq intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti