“Azərsu”nun maşını qəza törətdi - Yaralı var

“Azərsu”nun maşını qəza törətdi - Yaralı var
  02 Noyabr 2015    Oxunub:1826
Ələt-Astara magistral yolunun 200 km-də Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəza hadisəsi baş verib.

İkinci dərəcəli yoldan əsas yola çıxdığı bildirilən Şilavar kənd sakini 58 yaşlı Fətulla Abdulovun idarə etdiyi Mersedes markalı 90 MZ 590 nömrə nişanlı nəqliyyat vasitəsi Ələt istiqamətində hərəkətdə olan Lənkəran şəhər sakini 49 yaşlı Arzuman Bəşirovun idarə etdiyi Ford markalı "Azərsu"ya aid 90 JU 681 nömrə nişalı sisternli yük maşını ilə toqquşub. Nəticədə Mersedes yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Ağır xəsarət alan Mersedes sürücüsü dərhal Təcili Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücünün baş və qol nahiyəsində kəsilmiş yaralarla bərabər rentgen müayinəsi zamanı sol oturaq sümüyünün sınığı aşkar olunub.
Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyinəndən sonra müəyyənləşəcək. Faktla bağlı təhqiqat aparılır. (report)



Teqlər:





Xəbər lenti