“Azərsu”dan qəza ilə bağlı açıqlama

“Azərsu”dan qəza ilə bağlı açıqlama
  03 Noyabr 2015    Oxunub:2151
Xəbər verdiyimiz kimi, bu gün Ələt - Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Fətulla Abdulovun idarə etdiyi 90-MZ-590 nömrə nişanlı "Mercedes" avtomobili Lənkəran şəhər sakini Arzuman Bəşirovun idarə etdiyi 90-JU-681 nömrə nişanlı "Ford" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mersedes” yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Bəşirovun idarə etdiyi 90-JU-681 nömrə nişanlı "Ford" markalı yük maşını Azərsu"ya aiddir.

AzVision.az-ın məlumatına görə, qəza ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ans press-ə açıqlamasında bildirdi ki, faktla bağlı hadisə yerində araşdırma aparılır: "Sürücümüz yüngül xəsarətlər alıb. Hadisənin dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra tam müəyyənləşəcək. Hadisəni diqqətdə saxlayırıq".

AzVision.az


Teqlər:  





Xəbər lenti