“İnsan yalnız dərrakə ilə yaşamalıdır” - Faiq Hüsiyev

“İnsan yalnız dərrakə ilə yaşamalıdır” - Faiq Hüsiyev
  07 Noyabr 2015    Oxunub:3888
“Mənim üçün 45 yaş əslində yüngülvari hesabat deməkdir. Bu yaşda keçmişə bir nəzər salıb, gələcəyə aid planlar qurmaq olar”.
Bunu AzVision.az-a açıqlamasında bu gün 45 yaşını qeyd edən Azərbaycan Respublikasının əməkdar jurnalisti Faiq Hüsiyev deyib.

O, ad günü ilə bağlı təəsürratlarını bizimlə bölüşüb: “Adətən 45 yaşı müdrikliyin düz orta nöqtəsi kimi qiymətləndirirlər. Bundan sonrasının necə olması isə dərrakə ilə yaşamaqdan aslıdır. İndiyə qədər insan müəyyən hiss və emosiyalarla yaşaya bilər. Amma bundan sonra insan yalnız dərrakə ilə yaşamalıdır.

Mən hər kəsə, bütün həmkarlarıma nə arzulayıramsa, özümə də onu arzulayıram. Sözün düzü özümlə bağlı elə də qeyri-adi bir arzum yoxdur. Bütün həmkarlarıma, insanlara və vətənimizə sülh- əminamalıq arzulayıram. Allah-təala xalqımızı qorusun”.

AzVision.az


Teqlər:





Xəbər lenti