Evi yanan kişi FHN əməkdaşını döydü

Evi yanan kişi FHN əməkdaşını döydü
  09 Noyabr 2015    Oxunub:1898
Qaradağ rayonu Çeyildağ qəsəbəsində baş verən yanğında ev sahibi FHN əməkdaşını döyüb.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Bəxtiyar Sahibovun H.Hacıyev küçəsində yerləşən evinin bir hissəsi yanıb.

B.Sahibov hadisə yerinə gələn FHN əməkdaşı 1981-ci il təvəllüdlü Anar Həşimovu döyüb. Sahibov bu əməlinə əsas kimi FHN əməkdaşlarının hadisə yerinə çox gec gəlməsini əsas gətirib.

İlkin məlumata əsasən, FHN əməkdaşı olan A.Həşimov əl və ayaq nahiyəsindən ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti