Bakıda polis maşını qəzaya düşdü

Bakıda polis maşını qəzaya düşdü
  10 Noyabr 2015    Oxunub:3818
Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib. Belə ki, M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicar Soltanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti