Goranboyda avtobus qəzası - 13 tələbə yaralandı

Goranboyda avtobus qəzası - 13 tələbə yaralandı
  11 Noyabr 2015    Oxunub:2475
Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat qəzası baş verib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusla Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub.

Qəza zamanı “Hyundai”da olan 13 tələbə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AzVision.az




Teqlər:  





Xəbər lenti