Goranboyda ağır qəza, ölən var

Goranboyda ağır qəza, ölən var
  12 Noyabr 2015    Oxunub:1589
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

AzVision.az xəbər verir ki. FHN-nin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar.

Hadisə yerində "Niva" markalı minik avtomobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 01:37-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti