Polis əməkdaşı yol qəzasında öldü

Polis əməkdaşı yol qəzasında öldü
  12 Noyabr 2015    Oxunub:1780
Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhərin Heydər Əliyev prospektində Oğuz rayonu Padar kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Füzuli Yaqub oğlu özünə məxsus 90-KG-046 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə F. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə polis serjantı F. Əliyev Oğuz rayon Polis Şöbəsinin əməkdaşı olub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)


Teqlər:  





Xəbər lenti