Uzunqulaq südü: 1 litri 100 manata - VİDEO

Alıcıların arasında Yevlax sakinləri ilə yanaşı, digər rayonlardan gələnlər də olur: "Şəki, Qax, Zaqatala və digər yerlərdən gəlirlər".
Həkim Bahar Quliyeva isə bildirir ki, uzunqulaq südü orqanizmin müqavimətini artırır. Bu südün tərkibində olan protein, kalsium, lizosin, laktoloza kimi zülallar bir sıra xəstəliklərin müalicəsi üçün mühüm əhəmiyyət kəsb edir: "Dəri xəstəliklərində uzunqulaq südündən istifadə çox məsləhətlidir. Allergik xəstəliklərdə, bronxial astmada böyük rol oynayır. Son tədqiqatlara görə, uzunqulaq südü xərçəng xəstəliyinin, mədə-bağırsağın kompleks müalicəsində böyük əhəmiyyət kəsb edir. Bu süddən qızılca xəstəliyi zamanı uşaqların immunitetini qaldırmaq üçün istifadə edilir". (Region TV)
Teqlər: