Anası Şahbazın girov düşməsini yuxuda görüb

Anası Şahbazın girov düşməsini yuxuda görüb
  13 Noyabr 2015    Oxunub:3894
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin anası hələ də oğlunun düşmən tərəfindən tutulmasından xəbərsizdir.
Bu barədə AzVision.az-a girovun yaxın dostu, tanınmış astroloq Səbuhi Rəhimli məlumat verib.

Onun sözlərinə görə, anası Şahbaz Quliyevin Rusiyada olduğunu düşünür.

“Şahbazın anası şəkər xəstəsidir. Ona görə də Şahbazın girov düşməsi gizlədilir. Amma bu yaxınlarda Şahbazın girovluqda olması anasının yuxusuna girib. Sənəm Quliyeva yuxuda oğlunun həbsxanada olduğunu və əzab çəkdiyini görüb”.

Səbuhi Rəhimli deyir ki, Sənəm Quliyevanı oğlunun Rusiyada olmasına inandıra bilməyiblər: “Sonda məcbur olub Şahbazın Rusiyada xırda qanun pozuntusuna yol verdiyi üçün həbs olunduğunu deyiblər”.

Xatırladaq ki, ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürürlüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və ,Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmənin” qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum olunub.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti