- Layihə ümumilikdə ASAN könüllülərinin layihəsidir. Uşaqlara social məsuliyyət hissini aşılayır. Həsas qrupa aid olan uşaqların arzu və xəyallarını gerçəkləşdiririk. Belə ki, 14 yaşadək olan uşaqlar arzuladıqları əşyaların adlarını, sayını bizə yazır, imkanı olan vətəndaşlar isə onların arzularını gerçəkləşdirməkdə yardımçı olurlar. Sayt bir neçə saatdır fəaliyyətə başlayıb, ancaq insanlar tərfindən artıq böyük marağa səbəb olub. Əməkdaşlarımız və könüllülər vətəndaşlarla görüşüb, hədiyyələri uşaqlara çatdırırlar,- deyə R. Cəfərova bildirib.
Qeyd edək ki, müraciət edən müxtəlif yaşlı uşaqların çoxu “BenTen” saatları, idman paltarı, dəftər, qələm, kitablar, geyimlər, “Play Station” arzulayır.
AzVision.az məktublardan bəzilərini təqdim edir:
Yusif, 6 yaş
- Salam. Mən Ben Ten saatı, uzaqdan idarə olunan maşın, idman paltarı, dəftər, qələm, qələmqabı, rəngli karandaşlar, boya, rəngləmə jurnalı, oyuncaq silah, oyuncaq telefon (oyunlarla), kinder şokoladı, ayaqqabı (Ben Ten), nağıl kitabı və Ben Ten maskası istəyirəm.
Məhəmmədəli,5 yaş
Salam. Mən yanğınsöndürən maşın, polis maşını, oyuncaq silah, qara kostyum, təyyarə, vertolyot, konfet, başmaq, corab, ev və gecə paltarı istəyirəm. Bir də Mercedes maşın.
Mirəli, 9 yaş
Mənim adım Mirəlidir, 9 yaşım var. Mən saat istəyirəm elektron olsun birdə idman paltarı betman paltarı və bərk qaçan ayaqqabı istəyirəm.
İntiqam, 14 yaş
Salam, əziz hədiyyə alan şəxs. Mən istəyirəm ki, siz mənə Playstation, MP5, bir də saat alasınız və başqa heç nə. Sağ olun. İnşallah bunları almağa pulunuz çatar.
Elgün, 8 yaş
Salam mən saat, maşın, qələm, istəyirəm. Mən 2-ci sinif üçün kitab istəyirəm. Ayaqqabı və portmanat istəyirəm.
Novruz, 11 yaş
Salam, əziz Şaxta Baba. Mən səndən maraqlı kitablar istəyirəm ki, dünya görüşüm artsın və MP4 istəyirəm ki, boş vaxtlarımda oynayım və şüa ilə işləyən saat istəyirəm.
Aysun, 10 yaş
Salam, əziz Şaxta Baba səndən beş əşya istəyirəm. Rolik, elektron saat, `Barbie` paltarı və bəzək əşyaları. Çox sağ ol, Şaxta Baba.
İzzət, 12 yaş
Salam. Mən səndən yalnız bir şey - futbolçu Neymarın formasını istəyirəm. Bir dənə də futbolçu butsu istəyirəm. Təbəssüm üzündən əksik olmasın! Və bir də səndən Playstation istəyirəm. Kədər ayağının tozu, sevinc başının tacı olsun.
Pəri, 11 yaş
Salam, əziz dostum. Mənim səndən istəyim budur ki, mənə gözəl bir paltar alasan. Əgər bunu mənə alsanız çox sevinərəm. Sağ olun! Salamat qalın!
Qeyd edək ki, AzVision.az kollektivi uşaqlardan birinin – 7 yaşlı Baharın arzusunu reallaşdırmağı boynuna götürüb.

Şəhanə Rəhimli