Avtobusla maşın toqquşdu: ölən var

Avtobusla maşın toqquşdu: ölən var
  14 Noyabr 2015    Oxunub:1583
Bu gün axşam saatlarında Bakı-Qazax-Gürcüstan magistral yolunda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Hadisə magistral yolun 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı sərnişin daşıyan avtobusla, “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı “Opel”in sürücüsü hadisə yerində ölüb. Onun kimliyi hələlik məlum deyil. Avtobusda sərnişin olmayıb və sürücü də xəsarət almayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (Apa)


Teqlər:  





Xəbər lenti