ABŞ İŞİD-i `Parisdən sevgilərlə` bombalayır - FOTO

ABŞ İŞİD-i `Parisdən sevgilərlə` bombalayır - FOTO
  16 Noyabr 2015    Oxunub:2878
Fransanın paytaxtı Parisdə baş verən terror aktlarından sonra ABŞ silahlı qüvvələri İŞİD-ə qarşı hava hücumlarının sayını artırıb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, ABŞ ordusu İŞİD-in mərkəzi hesab edilən Suriyanın Rəqqa şəhərini bombalayıb. Fransa Müdafiə Nazirliyinin verdiyi açıqlamada hücuma 10 təyyarənin qoşulduğu və hədəflərə 20 bomba atıldığı ifadə edilib.

Təyyarələrə yüklənən raketlərin üzərinə isə “From Paris, with love” yəni “Parisdən sevgilərlə” yazılır.

Qeyd edək ki, ötən həftə Parisda İŞİD tərəfdarlarının həyata keçirdiyi terrorlar nəticəsində 132 nəfər həyatını itirib.




Teqlər:  





Xəbər lenti