PR Akademiyası təlimlərini davam etdirir

PR Akademiyası təlimlərini davam etdirir
  17 Noyabr 2015    Oxunub:2734
"Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company" nin "Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı" ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası"nın növbəti təlimi keçirilib.

Həmişə olduğu kimi, bu dəfə də, təlim peşəkar mütəxəssissiz, media nümayəndəsiz ötüşmədi. PR Akademiyanın bu dəfəki təlimçiləri "Akademi PR Akademiyası"nın rəhbəri, ölkənin PR üzrə ilk qadın eksperti Nuranə Ağazadə, şoumen, ATV kanalının tanınmış teleaparıcılarından Şəhriyar Əbilov və İctimai Televiziyanın tanınmış aparıcı siması Kamran Quliyev oldu.

"Akademi PR Akademiyası"nın rəhbəri Nuranə Ağazadə, tədbir iştirakçılarına "Akademi Group" şirkətlər qrupunun rəhbəri Murad Ağalarovun salamını çatdıraraq, artıq prakademiya.com saytının istifadəyə verilməsi, #prakademiya haştaqının sosial şəbəkələrdə populyarlaşması və PR təlimlərinin gələcək mövzuları haqqında məlumat verdi.



Yaxın günlərdə ağır əməliyyat olunmasına baxmayaraq, xəstə yatağından PR Akademiya tələbələrinə görə qalxıb gələn Şəhriyar Əbilov PR sahəsində öyrənilməsi vacib olan bir çox mövzulara toxundu. Biznes quruculuğunda ilk addımlarından, PR sahəsində öz təcrübəsindən danışmaqla yanaşı, iş həyatından, istəklərinə necə nail olmağı keçmişindən tələbələrə uğura çatmağın sirləri haqda da məlumat verdi.

İctimai Televiziyanın gənc aparıcı siması Kamran Quliyev isə PR sahəsində ən əsas olan addımlardan danışıb, PR Akademiyanın tələbələrinə şəxsi təcrübəsi əsasında, uğur, keyfiyyətli iş prinsipləri, düzgün danışıq və "Eurovision" musiqi yarışmasındakı təcrübələri ilə bağlı fikirlərini bölüşdü.


Teqlər:  





Xəbər lenti