Bakıda ən təhlükəli sürüşmə zonaları
İlk dəfə olaraq Bakının bütün ərazisində təhlükəli sürüşmə zonalarının müəyyən edilməsi üçün tədqiqat aparılıb.
Tədqiqat Bakının 2,2 min kvadrat kilometrlik ərazisində aparılıb. Məlum olub ki, hazırda Dağüstü Park, Gəncə prospekti, Yeni Günəşli yaşayış massivi, Masazır qəsəbəsi və Bayıl yamacında sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir.
Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb
Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.
Bununla yanaşı, Bakı şəhərinin və ətraf ərazilərinin relyefinin 3D modeli yaradılıb. Bu modelə sürüşmə yayılan ərazilərdə aparılan topoqrafik planlama işlərinin nəticələri daxil edilib ("Xəzər" TV).
Teqlər: