Azərbaycana qar yağır
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb.
Bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal regionunda temperaturun aşağı düşməsi müşahidə olunub. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir.
Teqlər: