Samuxda qəza: 2 ölü, 2 yaralı

Samuxda qəza: 2 ölü, 2 yaralı
  19 Noyabr 2015    Oxunub:1499
Samuxda baş vermiş ağır yol qəzasında 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Samuxun Çobanabdallı kəndinə gedən yolda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Minik avtomobilinin dirəyə çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Gəncə şəhər Təcili-Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti