Güclü külək Şamaxını bu hala saldı - Video

Güclü külək Şamaxını bu hala saldı - Video
  20 Noyabr 2015    Oxunub:2057
Bu gün günorta saatlarından Şamaxıda başlayan güclü külək fəsadlar törədib.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, şəhərin Şərifzadə və Rəsul Rza küçələrinin kəsişməsində küləyin təsirindən üç ağac aşıb. Ağaclardan biri evin damına düşüb. Evə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Aşan digər iki ağac isə avtomobil yoluna düşüb.

Hadisə nəticəsində elektrik naqilləri qırılıb və elektrik enerjisinin verilişində fasilə yaranıb. Eləcə də küçədə avtomobillərin hərəkətinə maneə yaranıb.

Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Aşan ağaclar doğranaraq ərazidən yığışdırılıb.




Teqlər:





Xəbər lenti