Aytacın qatilinə ağır cəza verildi - 20 il həbs

Aytacın qatilinə ağır cəza verildi - 20 il həbs
  20 Noyabr 2015    Oxunub:4113
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzVision.az “Report”a istinadən xəbər verir ki, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını, A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, bu il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti