Gənclər Milli Lideri anır

Gənclər Milli Lideri anır
  21 Noyabr 2015    Oxunub:3044
Bakı Slavyan Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ulu Öndər Heydər Əliyevin 12-ci anım gününə həsr olunmuş silsilə tədbirlərə start verib.

“Ulu Öndərin izi ilə” adlı layihə çərçivəsində 19.11.2015-ci il tarixində Universitetin Tərcümə fakültəsinin YAP GB aktiv tələbələrinə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Tələbə gənclər adından çıxış edən BSU YAP sədrinin müavini Ramin Səmədov Ulu Öndər Heydər Əliyev strategiyasının müasir Azərbaycanın bugunu və gələcəyi üçün böyük rolu olduğunundan danışaraq, universitet gənclərinin bu cür maarifləndirici və maraqlı tədbirlərin daha tez-tez keçirilməsi arzusunda olduqlarını söylədi.

Daha sonra BSU YAP GB sədrinin müavini Elcan Məmmədov Bakı Slavyan Universiteti üzrə ərazi ilk partiya təşkilatı rəhbərliyi və onun Gənclər Birliyinin təşəbbüsü ilə bu layhiənin bütün fakültələr arasında keçiriləcəyindən, universitet tələbələrinin digər maraqlı layhiələr üzərində çalışdıqlarından və bu yaxın zamanlarda onların da bu silsilə tədbirlər arasında yer alacağından danışdı.


Teqlər:





Xəbər lenti