Vasif Talıbov yenə ağac əkdi
Ötən iməciliklər zamanı 50 hektar ərazi əkinəyararlı hala salınıb, bu günə qədər 20 minə yaxın püstə tingi əkilib. İməcilik iştirakçıları ərazidə əkin işlərini davam etdiriblər. Püstə bağının ətrafındakı qoruyucu yaşıllıq zolağına da qulluq göstərilib, müvafiq aqrotexniki tədbirlər və səliqə-sahman işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, püstə bağında yeni tinglər əkib.
Həmin gün muxtar respublika ərazisində iməciliklər yolu ilə 19 min 400 ədəd ağac və 5 mindən çox bəzək kolları əkilib.
AzVision.az