Ov etməyə getdi, özünü vurdu

Ov etməyə getdi, özünü vurdu
  23 Noyabr 2015    Oxunub:1807
Odlu silahla yaralanmış Tovuz rayon sakini xəstəxanaya yerləşdirilib.
Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Toğrul Firudin oğlu Məmmədov döş qəfəsindən aldığı güllə yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti ağır qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, T. Məmmədov ov edərkən silahla ehtiyatsız davranıb və güllə açılıb.


Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)


Teqlər:  



Xəbər lenti