Şəmkirdə ağır yol qəzası: 1 ölü, 2 yaralı

Şəmkirdə ağır yol qəzası: 1 ölü, 2 yaralı
  23 Noyabr 2015    Oxunub:1879
Şəmkir rayon ərazisində bir nəfərin ölümü iki nəfərin isə ağir bədən xəsərəti nəticilənən yol nəgliyət hadisəsi baş verib.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza bu gun axşam saatlarında rayonun Sabirkənd kəndində baş verib.

"Kamaz" markali yük maşıni ilə "Vaz-21011" markalı minik maşını toqquşub. Qəza nəticəsində "Vaz"-da olan Düyərli kənd sakini 1967-ci il təvəllüdlu İxtiyar Cəlilov və onun həmkəndlisi 1972-ci il təvəlludlü Sevinc Nagıyeva ağir bədən xəsarətiylə Şəmkir rayon mərkəzi xəstəxanasına yerleşdiriliblər.

Yol nəqliyyat hadisəsi zamanı "Vaz"-ın sürücüsünün hadisə yerində dunyasını dəyişdiyi bildirilib. Faktla bağli araşdırılma aparılır.


Teqlər:



Xəbər lenti