Yasamal sakinləri Abutalıbovdan kömək istəyir
Sakinlər qaz xəttinin çəkilişi üçün yığılan pulların bina rəhbərliyi tərəfindən mənimsənildiyini deyir:
“Bina rəhbərliyi komendant vasitəsi ilə 80 ailədən 500 manat pul yığdı ki, binaya qaz çəkiləcək. Biz də tərəddüd etmədən pulumuzu verdik. 80 ailədən başqa binanın digər sakinləri də qaz çəkilişi üçün 200-300 manat pul verdilər. Pullarımızı yığandan sonra binanın rəhbərliyi yoxa çıxıb. Nə qaz, çəkilib, nə də bir cavab verən tapılır” .
Bina rəhbərliyi tərəfindən aldadılan sakinlər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan kömək istəyirlər.
“Hörmətli Hacıbala müəllimdən kömək istəyirik. Bizim problemimizi həll etsin. Biz pul istəmirik, öz haqqımızı tələb edirik. Komendant deyir, kimə istəyirsiniz şikayət edin, pulunuzu qaytarmayacağıq. Çarəsiz qalmışıq, bilmirik nə edək. Sabah bütün sakinlər yığılıb Hacıbala Abutalıbovun qəbuluna gedəcəyik. Hüquq-mühafizə oranlarına da müraciət edəcəyik. Haqqımızı yerdə qoymayacağıq. Bu soyuq havada evə donuruq. Nə istilik sistemi var, nə qaz”.
AzVision.az