Dəfn mərasimində Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Daxili İşlər Naziri Ramil Usubov, Baş Prokurorun müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev və yüksək rütbəli polis zabitləri iştirak ediblər.
Qeyd edək ki, şəhid polislərimiz Milli Qəhrəman Mübariz İbrahimovun məzarı yanında torpağa tapşırılıblar.
AzVision.az dəfn mərasimindən çəkilən fotoları təqdim edir:
Fotolar: Elvin Abdulla