`Ulduz` Şokolad Fabriki qanvermə aksiyasını keçirib
Könüllülük prinsipi əsasında həyata keçirilən aksiyada 200 nəfərdən artıq şirkət əməkdaşı donor qismində iştirak edib.
Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən bu aksiya şirkət əməkdaşları tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılandı.
Xatırladaq ki, "Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.
Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.
Teqlər: