Bakının `milyonçular məzarlığı` - FOTOREPORTAJ

Bakının `milyonçular məzarlığı` - FOTOREPORTAJ
  02 Dekabr 2015    Oxunub:59000
El arasında belə bir deyim var: “Bu dünyadan insana iki metr kəfən, bir qarış da torpaq qalır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu bildirmişdi. Komitə sədri demişdi ki, bütün sivil ölkələrdə qəbiristanlıqla bağlı məsələlər qanunla tənzimlənir: “Lakin heç bir qanunun geriyə tətbiqi olmadığından, söhbət növbəti mərhələlərdən gedə bilər. Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ehtiyac var. Bu, təkcə Dini Komitənin işi deyil, bütövlükdə ictimaiyyətin, medianın geniş müzakirə mövzusudur”.

Bundan əlavə M.Qurbanlı çıxışlarında diqqətə çatdırmışdı ki, Azərbaycanda qəbirlər standart olacaq, kasıb-varlı ayrıseçkiliyi aradan qaldırılacaq.

Bugünki müşahidələrimiz isə tam əksini deyir. “Biləcəri” qəbristanlığına daxil olanda insan özünü məzarlıqda deyil, sanki “milyonçular şəhəri”ndə hiss edir: bir-biri ilə bəhsə girən qəbirlər, bahalı daşlar, hansısa milyarderin villasını xatırladan kümbəzlər…

Yerli sakinlər buranı `milyoçular məzarlığı` adlandırır. Məzarlıqda qəbr yerinin qiyməti 2000 manatdan başlayır, 5-10 minədək dəyişir. Qəbr yerinin qazılması üçün minimum 300 manat tələb olunur. Baş daşları isə insanların imkanına və seçiminə görə dəyişir. Belə ki, adi qəbr daşları 1000 manatdan başlayır.

Sakinlərin bildirdiyinə görə, 20,30 min manata da qəbr daşları qoyduranlar var.

AzVision.az-ın əməkdaşının lentə aldığı fotoları əlavə şərh vermədən təqdim edirik:

Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti