“Sənədsiz məktəbli qalmasın” - FOTOLAR

“Sənədsiz məktəbli qalmasın” - FOTOLAR
  03 Dekabr 2015    Oxunub:2024
Bu gün “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiyası çərçivəsində Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin şagirdlərinə şəxsiyyət vəsiqələri verilib.
AzVision.az xəbər verir ki, aksiya çərçivəsində sosial xidmət müəssisəsinin 78 şagirdinə şəxsiyyət vəsiqəsi təqdim edilib.

Məqsəd sağlamlıq imkanları məhdud uşaqların “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” fəaliyyəti müddətində ənənəsinə sadiq qalaraq mütəmadi qaydada sosial məsuliyyət yönümlü aksiyalar həyata keçirir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti