Evlənmək istəyən 183 nəfərdə sifilis aşkarlandı

Evlənmək istəyən 183 nəfərdə sifilis aşkarlandı
  04 Dekabr 2015    Oxunub:1874
İyun-dekabr ayları ərzində nikaha daxil olanların çoxu müxtəlif xəstəlik daşıyıcısıdır.
Məlumata görə, 6 ay ərzində nikaha daxil olan 75 min insan tibbi müayinədən keçirilib. Onlardan 5034-də Talasemiya, 51-də HİV virusu, 183-də isə Sifilis aşkarlanıb.

Hematologiyanın və Transfuziologiya elmi-tədqiqat institutunun direktoru Zöhrə Əlimirzəyeva deyir ki, son vaxtlar bu xəstəliklərin sayı artıb.

"Bu səbəbdən biz tez-tez profilaktikalar həyata keçiririk. Xüsusən Talasemiya xəstələrinin sayı artıb. Əslində, bu xüsusi xəstəlik deyil, genetik xəstəlikdir. Sağlam insanda da bu xəstəlik ola bilər", - deyə institut direktor vurğulayıb.

Həkim onu da əlavə edib ki, Talasemiya xəstəliyinin müalicəsi sümük iliyinin dəyişdirilməsidir ki, respublikamızda bir il ərzində 20 nəfərdə bu həyata keçirilib. Bu xəstəlik daşıyıcısı olan qadın hamilə olarsa, prenatal dövrdə (hamiləliyin ilkin mərhələsi) döldən xüsusi material alınır, onun bu xəstəliyə tutulub-tutulmaması valideynlərinə deyilir. Əgər tutulubsa, valideynlərinin qərarı ilə uşaq ya saxlanılır, ya da tələf olunur". (Ans)


Teqlər:  





Xəbər lenti