Qazax yolunda ağır qəza, yaralılar var

Qazax yolunda ağır qəza, yaralılar var
  04 Dekabr 2015    Oxunub:1642
Bu gün Bakı-Qazax yolunda qəza olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 65-ci kilometrliyində "Opel" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 06:18-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti