Fransada “Erməni soyqırımı” qanunu təsdiqlənmədi

Fransada “Erməni soyqırımı” qanunu təsdiqlənmədi
  04 Dekabr 2015    Oxunub:1840
Fransa parlamentində “Erməni soyqırımı”nı inkarına görə həbs və pul cəzası nəzərdə tutulan qanun təsdiqlənməyib.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Respublikaçılar Partiyasından olan millət vəkili Valerie Boyerin qondarma “erməni soyqırımı” ilə bağlı qanun hazırlayıb bir il əvvəl parlamentdə təqdim edib.

Təqdim olunan qanuna əsasən soyqırımı inkar edənlərə 5 il həbs və 45 min avro pul cəzası nəzərdə tutulurdu.

Dekabrın 3-də Fransa parlamentində müzakirəyə çıxarılan və təsdiqlənməyən qanun layihəsi bir alt komissiyaya göndərilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti