Türkiyənin İŞİD-lə neft biznesi var – Sabiq türk səfir

Türkiyənin İŞİD-lə neft biznesi var – Sabiq türk səfir
  04 Dekabr 2015    Oxunub:2349
Türkiyə rəhbərliyi İŞİD terror təşkilatı ilə neft ticarəti aparmır, lakin Türkiyədə bəzi elementlər var ki, bu bizneslə məşğuldurlar.
AzVision.az xəbər verir ki, bu barədə “Sputinik”ə açıqlamasında Türkiyənin İraq və Böyük Britaniyadakı sabiq səfiri Unal Cevikoz bildirib.

“Bu dövlət siyasəti deyil. Müxtəlif qüvvələr qaçaqmalçılıqda iştirak edə bilərlər ki, bu fakt həmişə olub”, - deyə Çevikoz bildirib. O, həmçinin qanunsuz neft satışının İŞİD-dən əvvəl də olduğunu vurğulayıb.

Sabiq səfir, həmçinin Türkiyənin bu prosesin qarşısını almaqda gücsüz olduğunu etiraf edib: “Rusiyaya məxsus Su-24 tipli qırıcının vurulmasından sonra qaçaqmalçılıq halları azalacaq. Böyük ehtimalla Rusiya təyyarələri Suriya-Türkiyə sərhədində olanları diqqətlə izləyir, ona görə də bundan sonra neft tədarükünü həyata keçirmək çətin olacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti