Braziliyalılar da `Təhminə və Zaur`a baxacaqlar
Nazirlikdən bildirilib ki, bu münasibətlə yerli tamaşaçılar qarşısında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov ölkəmizin zəngin mədəniyyəti və milli kinematoqrafiyası haqqında məlumat verib.
Portuqal dilində altyazılarla "Buta”, "O olmasın, bu olsun”, "Təhminə”, "Çölçü”, "Dərvişin qeydləri”, "40-cı qapı” kimi, ümumilikdə, 14 Azərbaycan filmi nümayiş etdirilib. Filmlər yerli ictimaiyyətin böyük marağına səbəb olub və hər gün xeyli sayda tamaşaçı Azərbaycan filmlərini izləyib.
Bədii filmlərimizin Porto Aleqre şəhərində nümayişi milli mədəniyyət və kinematoqrafiyamızın Braziliyada təbliğ edilməsi, həmçinin Azərbaycan-Braziliya mədəni əlaqələrinin genişləndirilməsi baxımından vacib və uğurlu hadisə kimi səciyyələndirilə bilər.