İrandan Əsədə dəstək: Bütün təyyarələr vurulacaq

İrandan Əsədə dəstək: Bütün təyyarələr vurulacaq
  04 Dekabr 2015    Oxunub:3031
Suriya rəsmi Dəməşqlə kordinasiya olunmadan hava məkanına daxil olan bütün təyyarələri vurmağa hazırlaşır.
AzVision.az Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Əsəd rejimi bu barədə qərarı yaxın zamanlarda elan edəcək.

Yayılan məlumata görə, Bəşər Əsədi bu addımı atmağa ruhlandıran Rusiyanın S-300 zenit raket komplekslərini bu ölkədə yerləşdirməsidir.

Bundan əlavə İran da bu məsələdə Əsədə dəstək verəcək.

Qeyd edək ki, Türkiyə tərəfindən Rusiyaya məxsus “Su-24” qırıcı təyyarəni vurmasının ardından bölgədə vəziyyə olduqca gərginləşib.

AzVision.az


Teqlər:





Xəbər lenti