GMO məhsullara qadağa qoyulur
Dəyişikliklərə əsasən, genetik modifikasiya olunan bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycanda satışına, istifadəsinə və idxalına yol verilməyəcək.
Dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.
Komitədə həmçinin “Tütün və tütün məlumatları haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.
İndiyə qədər tütün və tütün məmulatlarının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda tütün və tütün məmulatları dövriyyədən çıxarılıb.
Dəyişikliyə əsasən tütün və tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda dövriyyədən çıxarılacaq.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Anar Kəlbiyev