İŞİD-i 2 ilə məhv edəcəyik – Nazirlər Kabineti

İŞİD-i 2 ilə məhv edəcəyik – Nazirlər Kabineti
  04 Dekabr 2015    Oxunub:3331
Böyük Britaniya Suriyaya ilk dəfə aviazərbələr endirdikdən sonra ölkənin Nazirlər Kabineti İŞİD terror təşkilatının məhv edilməsi üçün təxminən iki il müddətində vaxtın lazım olduğunu bildirib.
Bu barədə AzVision.az “Guardian”-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, hərbi müdaxilənin uğurlu olması üçün Suriyada münaqişədə iştirak edən bütün gücləri birləşdirəcək keçid hökuməti qurulmalıdır.

“Biz səbirli olmalı və israr etməliyik. Bu vaxt aparacaq. Bizim pilotlardan istədiyimiz ağır və çətindir. Bizim fikirlərimiz onlar və onların ailələri ilə olmalıdır”, - deyə Böyük Britaniya baş naziri Devid Kemeron bildirib.
Böyük Britaniya xarici işlər naziri Filip Hammond bu ay “İŞİD-in hücumlarına məruz qalan ölkələrin Suriya məsələlərində fikir ayrılıqlarını bir kənara qoyaraq, dörd illik müharibəni yekunlaşdırmağa hazır olub-olmamalarına dair bir sıra danışıqlar keçirməyə hazırlaşır. Böyük Britaniya Xarici İşlər Nazirliyi, həmçinin BMT himayəsi altında münaqişənin dayandırılması ilə bağlı danışıqları başlatmaq niyyətindədir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti