Yollarda vəziyyət necədir?

Yollarda vəziyyət necədir?
  04 Dekabr 2015    Oxunub:1492
Hazırda Quba-Xınalıq yolu istisna olmaqla, respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem yoxdur.

Bu barədə AzVision.az “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün cəmiyyətin əmədaşları tərəfindən gecə boyu lazımi tədbirlər görülüb, yollar qardan təmizlənib, yollara duz-qum qarışığı səpilib.

Quba Xınalıq yolunda Bostankeş və Xınalıq kəndləri arasındakı olan yol artıq təmizlənib və Quba şəhəri istiqamətinə doğru təmizlənmə işləri davam etdirilir. Qubadan Xınalıq kəndi istiqamətində də xüsusi texnikalarla yolun qardan təmizlənməsi işləri aparılır. Gün ərzində çalışılacaq ki, həmin yolda da nəqliyyat vasitələrinin hərəkəti bərpa olunsun.

AzVision.az


Teqlər:  





Xəbər lenti