`Sizin siyasətlə nə işiniz var?` - Ziyafət Əsgərov

`Sizin siyasətlə nə işiniz var?` - Ziyafət Əsgərov
  04 Dekabr 2015    Oxunub:3729
Bu gün Milli Məclisdə “Dini esktremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi müzakirə olunub.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, hər hansı bir cinayətkar dəstə əlinə silah alıb Azərbaycan konstitusiyasına və dövlətinə qarşı çıxırsa, bu, ən ağır cinayətdir və onlar ciddi şəkildə cəzalandırılmalıdır.

Vitse-spiker sual edib ki, nə vaxtdan məscid siyasi diskusiya yeri olub?

“Görmüşük ki, hər kəs məsciddə ibadət edər.Onlar isə məsələnin əsl mahiyyətini bir kənara qoyub, burada siyasətlə məşğul olur. Hər kəsə bəllidir ki, din siyasətdən ayrıdır. Odur ki, sizin siyasətlə nə işiniz var? Get, işinlə məşğul ol. Hərəsi bir rəngdə bayraq asır. Bu bayraq anlayışı harada yazılıb? Qurani-Kərimdə bayraqla bağlı nəsə yazılıb? Bu sadəcə mənası və məzmunu olmayan bir şeydir. Hətta bunu imamların adları ilə bağlayırlar. Ayıbdır axı”,- deyə Z.Əsgərov qeyd edib.

Z.Əsgərov həmçinin bildirib ki, hazırda XXI əsrdəyik, amma hələ də qulağımızın dibində orta əsrdə yaşayan insanlar var: “Uşaqları dinlə bağlı danışarkən videoya çəkirlər. Onların elmlə məşğul olan vaxtıdır. Biz isə onları qara qüvvələrin içərisinə itələyirik. Bu cəhalət əksər hallarda xaricdən bizə idxal olunur. Bunun icraçıları da xaricdə bir qəpik qiyməti olmayan insanlardır. Onlara lazımdır ki, burada vəziyyəti qarışdırsınlar.

Qeyd edim ki, Azərbaycan dövlətində 90-cı illərin əvvəllərindəki vəziyyət müşahidə olunmur. Hər kəs ürəyi istədiyi rəngdə bayraqdan istifadə edə bilməz. Azərbaycanın bir dövlət bayrağı var ki, o da üçrənglidir və konstitusiyada təsbit olunub. Ona görə də məscidlərdə və dövlət qurumlarında o bayraqlar taxılmalıdır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti