Polis silahdan istifadə edə biləcək

Polis silahdan istifadə edə biləcək
  04 Dekabr 2015    Oxunub:2780
Azərbaycanda polislər fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tədbiqindən terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda da istifadə edə biləcək.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Polis haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti