`Türkiyə diz çökməyəcək...` - Davudoğlu ADA-da (VİDEO)
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.
“Türkiyəni iqtisadi sanksiyalarla diz çökdürəcəklərini düşünənlər yanılırlar”, - deyə baş nazir bildirib. O, həmçinin soyuq müharibə dövrünün xatırladan kampaniyaları başlamamağa çağırıb.
Baş nazir qeyd edib ki, Rusiya ona qarşı sanksiyalar tətbiq edənlərin hərəkətini təkrarlamamalıdır: “Məhdudlaşdırıcı tədbirlərdənsə, Moskva və Ankara iqtidarının kooperasiya üçün birləşməsi daha təqdirə layiqdir”.
Eldar Tanrıverdiyev
AzVision.az