`Lisenziyaların sayı minimuma endiriləcək` - İnam Kərimov

`Lisenziyaların sayı minimuma endiriləcək` - İnam Kərimov
  04 Dekabr 2015    Oxunub:4673
“Masallıda tikilən “ASAN Xidmət” Mərkəzində müxtəlif iaşə müəssisələri, muzeylər, şahmat məktəbi, kinoteatrlar, kitabxanalar fəaliyyət göstərəcək”
AzVision.az xəbər verir ki, bu barədə ASAN Könüllülərinin II Ümumrespublika Forumunda Azərbaycan Respubliakısının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Agentlik rəhbəri bildirib ki, “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin dairəsi prezidentin fərmanı ilə müəyyən edilib.

“Son fərmanda da prezidentin tapşırığı ilə lisenziyaların verilməsi “ASAN Xidmət” mərkəzlərində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçiriləcək”,-deyə vurğulayan İ.Kərimov qeyd edib bildirib ki, hazırda bu sahədə təşkilatı məsələlər aktiv həyata keçirilir:

“Təkrar lisenziyaların verilməsi üçün müraciətlər olmuş, təxminən 200-ə yaxın sənəd qəbul edilib, 100-ə yaxın təkrar lisenziyanın verilməsi təmin olunub. Amma ümumilikdə 4500-ə yaxın vətəndaşımız məlumat almaq üçün “ASAN Xidmət” mərkəzlərinə müraciət edib. Ölkə başçısının sərəncamına görə, lisenziyaların sayının minimuma endirilməsi nəzərdə tutulur. Yeni lisenziya alacaq şəxslərin son siyahını gözləməsini də tövsiyyə edirik”.

Hazırda Masallıda “ASAN Xidmət” regional mərkəzinin tikildiyini deyən İ.Kərimov bildirib ki, əlamətdar məqamlardan biri budur ki, Masallıda olan “ASAN Xidmət” konsepsiyası “ASAN həyat” konsepsiyasına uyğun həyata keçiriləcək. Burada təkcə “ASAN Xidmət” mərkəzi deyil, o cümlədən müxtəlif iaşə müəssisələrinin fəaliyyəti də nəzərdə tutulur”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti